Bizə qürur, Dünyaya isə pul qazandıran dahimiz – Müasir dövrün Eynşteyni, Nyutonu adlandırılan Lütfi-Zadə
Tanısaq pis olmaz…
İlk dəfə dünyada Lütfi-Zadə Aristotel fəlsəfəsinə əks gedərək
Allahdan başqa hər şeyin dərəcəsinin olduğunu sübut etdi.
Yəni dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən
şey yoxdur. Bu iki məhfum arasında minlərlə çalar dəyişikliyi
– aralıq nüanslar var.Nəzəriyyəni ilk olaraq iqtisadiyyatlar ına yaponlar tətbiq etdilər. Hazırda Yaponiyada istehsal olunan texniki avadanlıqların böyuk əksəriyyətinin üzərində qeyri-
səlis məntiq nəzəriyyəsinə əsaslanaraq hazırlandığı bildirilir.
Yaponlardan sonra amerikanlar həmin nəzəriyyəni öz ölkələrinə
tətbiq etdilər. Amerikanın hava hücumundan qorunmasının
yenidənqurulması məsələsi gündəmə gələndə Kasko adında
bir alim bu nəzəriyyəni tətbiq etməyi təklif etdi. Trilyon dollarla
vəsait sərfi ilə görülməli işi bu nəzəriyyə həll elədi. Nəzəriyyə
Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir. Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi
təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların idarə olunmasında geniş istifadə edirlər. Şəklə baxdıqda bu insanın nə
qədər sadə biri olduğu açıq- aydın görünür. Bəllidir ki o təkcə
zehni zənginliyə deyil, mənəvi zənginliyə də malikdir