Dünyanın ən yaşamalı şəhəri məlum oldu

0
461
Dünyanın ən yaşamalı şəhəri məlum oldu
Bu il Avstriyanın paytaxtı olan Vyana şəhəri dünyanın ən yaşamalı şəhərləri siyahısında birinciliyi qoruyub saxlayıb.

Xəbər verir ki, Böyük Britaniyanın “The Economist” qəzetinin təqdim etdiyi renkinq cədvəlində Vyana dünyanın 140 metropolu arasında növbəti dəfə birinci yerə çıxıb.

Hazırlanmış renkinqdə Vyana şəhərinə 100 mümkün xaldan 99,1 xal verilib. Renkinqdə şəhərlərin müqayisəsi ictimai-mədəni tədbirlər proqramı, sabitlik,  ətraf mühit və səhiyyə kateqoriyaları üzrə aparılıb.

Siyahıda digər yerləri Melburn, Sidney (hər ikisi Avstraliya), Osaka (Yaponiya), Kalqari, Vankuver və Toronto (hər üçü Kanada), Tokio (Yaponiya), Kopenhaqen (Danimarka) və Adeliada (Avstraliya) şəhərləri tutur. Sonuncu yerlərdə isə Laqos (Nigeriya), Daka (Banqladeş) və Dəməşq (Suriya) şəhərləri dayanır.

Qeyd edək ki, müxtəlif beynəlxalq təşkilatlar və mərkəzlər mütəmadi olaraq dünya şəhərlərinin renkinqini hazırlayır. Onların arasında ən nüfuzlusu insan resursları üzrə “Mercer” beynəlxalq konsaltinq mərkəzinin təqdim etdiyi siyahıdır. Vyana şəhəri həmin siyahıda da on ildən bəri birinciliyi özündə saxlayır.