Dünyanın ən qorxulu hava limanlarından biri 30 ildən sonra nəhəng stadiona çevrilib.
Bu barədə CNN məlumat yayıb.
Söhbət vaxtilə çətin enişləri ilə məşhur olan Honq-Konqun Kai Tak hava limanından gedir.
Hazırda onun yerində 50 min yerlik stadion tikilib.
Stadion həm də Honq-Konqun ən böyük illik gecə əyləncəsi olan “Rugby Sevens” üçün yeni məkan olub.
Qeyd edək ki, hava limanı 1998-ci ildən qapanmışdı.
