Dünyanın ən gəlirli valyutası hansıdır? – “Bloomberg” AÇIQLADI

0
23

Rusiya rublu ilin əvvəlindən birjadankənar ticarətdə dollara nisbətdə 38% möhkəmlənərək dünyanın ən gəlirli valyutasına çevrilib.

Bu barədə “Bloomberg” iqtisadçıların təhlillərinə istinadla məlumat yayıb.

Ekspertlər deyiblər ki, bir çox inkişaf etməkdə olan bazar valyutalarından fərqli olaraq, rubl qlobal investorların riskli aktivlərdən uzaqlaşması nəticəsində yaranan kapital axınının təzyiqi altında deyil.

Bundan əlavə, Moskva və Vaşinqton arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə istiləşməsi Rusiya valyutasının investorlar üçün cəlbediciliyinin artırılmasında rol oynayıb.

Ekspertlər qeyd ediblər ki, hazırda rublun zəifləməsi üçün aydın səbəblər yoxdur və Rusiya valyutasını dəstəkləyən amillər çox güman ki, mövcud olmaqda davam edəcək.

Bundan əvvəl “Bloomberg” yazıb ki, ABŞ dolları onilliklər ərzində əsas müdafiə aktivi rolunu oynayıb, lakin prezident Donald Trampın xaotik siyasəti və bütün dünya ilə ticarət müharibəsinə başlaması avronun bu miqyasda Amerika valyutasını sıxışdırmağa başlamasına gətirib çıxarıb.