Dünyanın ən effektiv elektrokarı yaradıldı

0
484

Böyük Britaniyanın Kembric Universitetinin tələbələri günəş panelləri ilə təchiz edilmiş dünyanın ən effektiv elektrokarını yaradıb.

Avto “Cambridge University Eco Racing” (CUER) layihəsi çərçivəsində hazırlanıb. Tələbələrdən ibarət komanda “Helia” elektromobilini layihələndirə və daha sonra yığmağa müvəffəq olub. Nəqliyyat vasitəsi 2,5 kVt istifadə edərək 80 km/saatadək sürət yığa bilir.

Yüngül şassi və “Formaplex” texnologiyası əsasında hazırlanmış kuzanın panelləri sayəsində elektromobilin çəkisi cəmi 550 kiloqramdır. Kompozit materiallar sayəsəində isə avto böyük məsafələri belə minimal enerji sərfiyyatı ilə qət edə bilir.