Dünyanı gözləyən böyük bəla: Sayı 750-yə çatıb

0
44

Bəşəriyyət tezliklə müxtəlif göbələk infeksiyalarından müdafiəsiz qala bilər.

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.

Bildirilir ki, bu, göbələk infeksiyalarının dərmanlara davamlı olması, eləcə də mövcud diaqnostika vasitələrinin kifayət qədər olmaması səbəbindən baş verə bilər.

“Son on il ərzində mikoz üçün cəmi dörd yeni dərman peyda olub, lakin onlar da həmişə kömək etmir. Üstəlik, iyirmi il ərzində məlum olan göbələk növlərinin sayı 750-yə çatıb”, – ÜST qeyd edib.