Dünyada koronavirusa yoluxma halları kəskin azalıb

0
212

Dünyada koronavirusa yoluxma halları ardıcıl dördüncü həftədir ki, azalır.

Son yeddi gün ərzində dünyada təxminən 5,8 milyon yoluxma halı aşkar edilib ki, bu da əvvəlki analoji dövrlə müqayisədə təxminən 36% azdır.

Hesablamalara görə, bu, ötən ilin dekabr ayının ortalarının səviyyəsinə uyğundur.

Yoluxma hallarının sayına görə Cənubi Koreya birinci yerdədir. Hazırda ölkədə gündə orta hesabla 130 min yeni yoluxma hadisəsi qeydə alınır. Bununla belə, infeksiyanın yayılma sürəti kəskin şəkildə aşağı düşüb və ötən həftə ilə müqayisədə 1.5 dəfə azalıb.

Xəstəliyin kəskin azalması fonunda ölüm göstəriciləri də aşağı düşüb. Son 7 gündə dünyada 20 minə yaxın insan koronavirusdan dünyasını dəyişib ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 5,5 min nəfər azdır.

Ölüm nisbətinə görə, gündə 400-ə yaxın ölümün qeydə alındığı ABŞ birinci yerdədir. Bu, ötən həftə ilə müqayisədə təxminən 35% azdır. İkinci yerdə – gündə təxminən 255 insanın öldüyü Rusiya gəlir. Son üçlüyü isə təxminən 250 nəfərlik ölüm hadisəsilə Almaniya qapayır.

Mənbə: TASS