Dünya turuna çıxmış bu gəmini heç bir ölkə qəbul etmir – Dənizlərdə qalıb

0
513

COVID-19 epidemiyasından əvvəl dünya turuna çıxmış Costa Deliziosa kruiz gəmisi quruya yan ala bilmir. Gəminin göyərtəsində 426-sı fransız olmaqla, 2712 sərnişinin olduğu bildirilir.

,martın 15-dən dünya turunu dayandıran gəmini heç bir ölkə qəbul etmir.

Fransanın Buş-dü-Ron (Bouches-du-Rhone) prefekturası da Costa Deliziosa kruiz gəmisinin Marsel limanına yan almasına icazə verməyib.

Prefekturanın komunikesində bildirilib ki, COVID-19 epidemiyası başlayandan Marsel limanına Costaya mənsub Aida Sol (500 nəfərlik) və Costa Smeralda (1600 nəfərlik) gəmiləridə daxil olmaqla, bir neçə gəmi yan alıb. Bu gəmilərlə bağlı çoxsaylı təhlükəsizlik qüvvələri tələb olunur. Həmçinin yaxın günlərdə Marsel limanına yan alacaq və göyərtəsində 1700 nəfər olan MSC Magnifica gəmisi də çoxsaylı təhlükəsizlik qüvvələrinin səfərbər olmasını tələb edir. Buna görə də liman başqa gəmini qəbul edə bilməz.

Marseldən etiraz cavabı alan Costa Deliziosa kruiz gəmisinin İtaliya istiqamətində irəlilədiyi bildirilib.