Okean səthində nadir hallarda görülən parıldayan avar balığı (kopepod) bu dəfə Meksika çimərliyində görülüb.
Bildirilir ki, “Qiyamət balığı” kimi tanınan fərqli, qəribə dərin dəniz canlısı ötən günlərdə yaralı halda Aşağı Kaliforniyadakı çimərlikdə görünmüşdü.
Nəşr yazır ki, əraziyə gələn bir qrup insan çimərlikdə parıldayan, qıvrılan balıqları görüb və onu yenidən suya atmağa çalışıb.
Bu qəribə canlılar suyun altında 660 ilə 3280 fut arasında dəyişən dərinliklərdə yaşayırlar və nadir hallarda insanlar onları görürlər, adətən fırtınalardan sonra sahildə ölülər kimi görsənirlər. Aşağı Kaliforniyanın cənub hissəsində həyat yoldaşı ilə çimərlikdə olan ABŞ-ın Aydaho ştatından olan Robert Hayes canlı balıq görüb və onu lentə almağa başlayıb.
Robert Hayes deyib ki, o, əvvəllər heç vaxt avar balığı görməyib, lakin əsrlər boyu folkloru ilhamlandıran və təbii fəlakətləri proqnozlaşdırmaqda mifik reputasiyasına görə bəzən “qiyamət balığı” adlandırılan bu növü tanıyır.
Məlumata görə, Aşağı Kaliforniyanın cənubunda müşahidə edilən balıqlar nisbətən kiçik olub. Florida Təbiət Tarixi Muzeyindən bildirilib ki, kopepodlar adətən təxminən 10 fut (3 metr) uzunluğa qədər böyüyür, baxmayaraq ki, ən böyük qeydə alınmış kopepodun uzunluğu 36 fut (təxminən 11 metr) idi.
Tarixçilər bu cür balıqların yapon folklorunda fəlakətin müjdəçisi hesab edilməsi ilə bağlı müasir fikirlə mübahisə edirlər. Hətta onların insanların nağıllardan tanıdığı “Əjdaha Sarayının elçiləri” kimi istinad etdiyi bir neçə canlıdan biri ola biləcəyini söyləyib.
Onların zəlzələləri proqnozlaşdırdıqları ideyası 2011-ci il zəlzələsindən sonra Yaponiyada çimərliklərdə təxminən 20 balıq tapıldıqdan sonra populyarlıq qazanıb.