DSX-nin rəis müavini: “2018-ci ilə qədər Azərbaycan-Ermənistan sərhədində heç bir fəaliyyət icra edilməyib”

0
297

“2018-ci ilə qədər Azərbaycan-Ermənistan sərhədində heç bir fəaliyyət həyata keçirilməyib”.

bu barədə DSX-nin rəis müavini general-leytenant Abbas Xəlilov DSX-nin 103 illiyinə həsr olunan hesabat tədbirində deyib.

O bildirib ki, yalnız 2018-ci ildən etibarən Azərbaycan-Ermənistan sərhədinin Qazax-Ağstafa rayonlarındakı əraziləri Müdafiə Nazirliyi tərəfindən DSX-yə təhvil verilib:

“Həmin ərazidə DSX-nin sərhəd spesifikasına uyğun olaraq yeni sərhəd mühafizəsi sistemi yaradıldı. Hazırda işğaldan azad olunmuş ərazilərdə DSX-nin fəaliyyəti Laçın rayonunun Güləbird kəndindən sol cinaha, yəni Azərbaycan-Ermənistan sərhədinə doğrudur. 

Laçın dəhlizi keçid sərhədində hazırda DSX fəaliyyət göstərmir. Qeyd edim ki, delimitasiya məsələləri DSX-nin səlahiyyətində deyil. Bu məsələlər aidiyyəti qurumlar tərəfindən aydınlaşdırıldıqdan sonra ölkə rəhbərliyi Dövlət Sərhəd Xidmətinin qarşısında hansı öhdəlikləri qoyacaqsa, biz onların öhdəsindən layiqincə gələcəyik”.