Dövlət Sərhəd Xidməti külli miqdarda narkotik maddə və silah aşkarladı – FOTO

0
290

Yanvarın 14-də Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə bir ədəd sahibsiz bağlama aşkar edilib. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Baxış zamanı bağlamada çəkisi 8 kiloqram 350 qram narkotikə (5 kq 900 qram “tiryək”, 1 kq 700 qram “metamfe­tamin” və 750 qram “heroin”) oxşar maddənin olması müəyyən­ləş­dirilib.

Yanvarın 26-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi xidmətində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış bir ədəd torbanın içərisində çəkisi 570 qram “marixuana”ya oxşar maddə və 2 blok “Marllboro” markalı siqaret aşkarlanaraq götürülüb.

Ay ərzində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazir­liyinin əmək­daşları tərəfindən sərhədboyu ərazilərdə həyata keçirilmiş təd­birlər nəticə­sində Astara rayonunun Alaşa kəndinin ərazisində su kanalında gizlədilmiş bir ədəd Almaniya istehsalı olan səkkiz mm çaplı “Perfecta” markalı tapança, Qəbələ rayonunun Tikanlı kəndinin ərazisində “Qaraçay” çayının sahilində yerləşən meşəlikdə bir ədəd 16 mm çaplı təklüləli ov tüfəngi və ona məxsus altı ədəd patron, Ağstafa rayonunun Sadıqlı kəndinin ərazisində “Qara­yazı” dövlət meşə qoruğu massivində bir ədəd 16 mm çaplı qoşalüləli ov tüfəngi aşkar olunaraq götürülüb. 

Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.