Yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 milyard 670,6 milyon kilovat/saat elektrik enerjisindən istifadə olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə təşkilatlarının elektrik enerjisindən istifadəsi 4,2 faiz artıb.