DOSTLUQDA SAFLIĞI NECƏ ANLAYAQ?

0
208

Hər birimiz qəlbimizə yaxın tanıdığımız kəslərlə dostluq edirik.
Dostluq haqqında illər boyu saysız fikirlər söylənilib, yazılıb. Bu fikirlər nə qədər oxşar olsa da fərqli tərəfləri də var.
Hər kəsin psixologiyası dostu tanımaq üçün kəsərli deyil.
Dost pis gündə tanınar deyirlər. Bəzən bu da yetərli olmur. Dostluğunu qarşısındakına sübut etmək üçün müxtəlif rollara girənlər də olur.
Dostluqda saflığı anlamaq mümkün deyil.
Sadəcə, biz sevdiyimiz insanın bütün pis cəhətlərinə göz yumur, ona inanmağa, qəlbimizdə qurduğu yuvanı qorumağa çalışırıq. Bunun sevincini yaşayanlar da var, peşmançılığını çəkənlər də.
Dostlarından xəyanət görən insanlar uzun müddət heç kimlə yaxınlıq edə bilmir. Amma yenə də, nəhayət, qəlbinə yatan insanlara rast gəlir. Amma ömür boyu qorxu içində yaşayır. Yenidən zərbə almaqdan qorxur.
Dostluğun tanınması üçün uzun müddət tanışlığın vacib olduğunu deyənlər də var.
Uzun müddət dost olduğu bir kəsdən xəyanət görənlər də var.
Dostluq kimi ali bir hissə sahib olmaq hər kəsin başarığı deyil.
Uzun bir müddətdə saflığını sübut edən dostluqlar da var, çox qısa müddətdə də…
İnsanların xarakterləri, həyata baxışları, dünya görüşləri, sosial, ictimai yaxınlıqları, sevgiləri, arzuları nə qədər oxşar olarsa, bu dostluqda saflıq baş tuta bilər.
Bu isə xoşbəxt yaşantının əsas stimullarındandır:
Ən çətin anınıda sevdiyin insanla ünsiyyətdə olmaq, dərdini bölüşmək, anlam qarşılığı görmək ruhu göylərə qaldırır.
İnsanın ən yaxın dostu ailə üzvlərindən biri də ola bilər, tamam fərqli həyat tərzi sürən biri də…
Könül dünyalarında oxşasalar oxşar insanların bir-birini tapması bir həyat möcüzəsidir. Bu möcüzəni yaşayan minlərlə insan var. Onların hər biri xoşbəxtliyin astanasındadır. Onların birgə olmağının yaratdığı fərəh bir çox sevgiləri belə üstələyir.
Yaşam dünyamızın əvəzsiz sevgisi olan dostluq həyatımızdan heç vaxt ayrı düşməsin.
Dostluğu bir ömür boyu sürən insanlar həyatın ağrı-acılarına sinə gərənlərdir.
Hər halımızda bizə dəstək olan könül sirdaşlarımızı Allah qorusun!

Sənubər.