Milli valyutamız olan manat, dünyanın ən təhlükəsiz və saxtalaşdırılması çətin olan valyutalardan hesab edilir. Təhlükəsizlik kod və simvollarına baxmayaraq, tez-tez dövriyyədən saxta manatlıqlar çıxarılır.
ARB TV xəbər verir ki, əvvəllər daha çox kiçik nominallı pulların saxta formaları hazırlanırdısa, son vaxtlar 100 və 200 manatlı əskinasların saxtasının dövriyyədə olması xəbərləri yayılır. Binəqədi rayonu ərazisində mağazaya verilən 200 manatlıq nominalın olması ilə bağlı yayılan məlumat, işbazların yeni hədəfini üzə çıxarıb.
Vüqar Bayramov (İqtisadçı): “Asanlaşdıran digər məqam ondan ibarətdir ki, bu nominallı valyuta dövriyyədə az istifadə olunduğundan, əsli ilə ayırd etmək biraz çətin olur”.
Əkrəm Həsənov (İqtisadçı): “Mütəxəssislər deyir ki, yaxşı olar ki, bütün iaşə və xidmət obyektlərində saxta pulu müəyyən edən xüsusi texniki vasitələrdən istifadə edilsin. Bununla da ilkin mərhələdə belə saxta pulları müəyyən edib, sıradan çıxarmaqla, riskləri və dəyə biləcək ziyanları azaltmaq olar”.
Vüqar Bayramov (İqtisadçı): “Pulların üzərində toxunmaqla hiss ediləcək bir neçə əlamət, eyni zamanda gizlilik və təhlükəsizlik üçün 10-a yaxın xüsusi işarələr mövcuddur. Bunlarla yanaşı işıq və süaya tutulmaqla görünə biləcək, xüsusi simvollar mövcuddur. Saxtalaşdırılan nominallarda isə bunların bir çoxu mövcud olmur”.