DİN: “Minaya düşən şəxslər işarəyə məhəl qoymadan hərəkətə davam ediblər”

0
524

Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisində minaya düşərək dünyasını dəyişən şəxslərin minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirdikləri məlum olub.Bu barədə DİN-in məlumatında deyilir. Bildirilir ki, noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.