DİN Bakı-Sumqayıt qatarında notbukun oğurlanmasını NƏZARƏTƏ GÖTÜRDÜ – YENİLƏNİB + VİDEO

0
373

“Azərbaycan Dəmir Yolları”nda baş verən oğurluqla bağlı araşdırma aparılır. 

Bu barədə  DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

Polis mayoru bildirib ki, sözügedən hadisə yanvar ayının 28-də baş verib:

“Məlum hadisə ilə bağlı vətəndaş yanvarın 30-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat verib. Dəmir Yolu Nəqliyyatında polis idarəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır. Kompüteri oğurlayan şəxsin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görülür”.

10:25

Bakı-Sumqayıt elektrik qatarında itən kompüter axtarılır.

Bu barədə məlumatı sosial şəbəkədə kompüterin sahibi paylaşıb.

Paylaşımda qeyd edilir ki, sərnişin Biləcəri stansiyasında düşən zaman kompüterini unudub. 

Başqa bir sərnişin isə Sumqayıt stansiyasında düşən zaman kompüteri götürüb və gedib. Sahibi paylaşımda kompüterin içərisində onun işi ilə əlaqəli önəmli sənədlərin olduğunu diqqətə çatdıraraq, onun geri qaytarılmasını xahiş edir.

Həmin görüntüləri təqdim edirik.

//baku.tv/az/dunyaa/49723/