Detalları ilə sizi yanıldacaq bir-birindən MARAQLI 9 reklam afişası

0
542

 

Detalları ilə sizi yanıldacaq bir-birindən MARAQLI 9 reklam afişasıBir məhsulu, ya da şirkəti tanıdarkən, istifadə edilən reklamlar bəhsi keçən məhsulun ya da şirkətin müvəffəqiyyət qazanmasında əhəmiyyətli rol oynayır. Dünyada öz sözünü demiş məşhur reklam agentlikləri bu günə qədər çox sayda maraqlı təqdimat afişalarından istifadə edib.


Sizi düşündürəcək maraqlı reklam afişalarını təqdim edirik:

1. Azərbaycanda “bax, budur sevdiyim” şüarı ilə fəaliyyət göstərən məşhur fastfud restoranlar şəbəkəsi olan “Mc Donalds” bu təqdimat afişasında maraqlı bir göz yanılmasından istifadə edib.

2. “Kiçik müəssisələri gücləndiririk” şüarı ilə mobil rabitə xidmətləri göstərən beynəlxalq “Tele2” şirkəti burada öz şüarına uyğun maraqlı bir təqdimat plakatı hazırlayıb.

3. “Focus Optika” adlı eynək şirkəti “hissiyyata fokuslan” deyərək bir eynəyin yarada biləcəyi hissiyatı əks etdirməyi hədəfləyib.

4. “Continental” təkər şirkəti “hava proqnozu: təhlükəsiz” şüarından istifadə edərək, şinlərinin pis hava şəraitində təhlükəsizliyinin uğurlu olduğuna işarə edib.

5. Yaşlılığa qarşı mübarizə aparan “EndAgeism” platforması “cəsarət və yaradıcılıq heç vaxt yaşlanmayacaq” şüarı ilə diqqəti üzərinə çəkməyi bacarıb.

6. Məşhur yuyucu markalardan olan “Bingo” hazırladığı təqdimat afişasında “gözəl iy kabus qorxusunu da məhv edir” mesajını verərək, fərqli bir iş ortaya qoyub.

7. Dünyanın ən böyük lolipop konfet istehsalçısı “Chupa Chups” Sevgililər Günü üçün hazırladığı reklam afişasında sevgi anlayışını konfetlərlə birləşdirən düşündürücü bir dizayn təqdim edib.

8. Heyvanlar üçün xüsusi qidalar hazırlayan “Nutristar” firması “hamilə bir inək düşündüyünüzdən daha kövrəkdir” şüarı ilə yayımladığı plakat vasitəsilə yaradıcılıqda sərhədləri aşıb.

9. ABŞ-ın “McCafe” şirkəti “McDonalds”ın qəhvənin yuxunu azaltma təsirinə diqqət çəkmək istədiyi reklam afişasını daha dolğun şəkildə çatdırıb.