Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İclasın əvvəlində deputatlar Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələyə baxacaqlar.
Daha sonra “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun, “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolun, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsinə baxılacaq.
Deputatlar, həmçinın “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında” qanunlara, Vergi Məcəlləsinə dəyişikliyi müzakirə edəcəklər.