Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov qanun layihəsi hazırlayıb. O, bazar günləri ölkədə spirtli içkilərin satışının qadağan edilməsini təklif edir.
Deputat bu barədə rəsmi “Telegram” kanalında məlumat verib.
Svintsov “etil spirtinin, alkoqollu və spirt tərkibli məhsulların istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi haqqında” qanuna dəyişiklik edilməsini təklif edir.
O, qeyd edir ki, son illərdə Rusiya Federasiyasında alkoqol satışı və istehlakı artmaqdadır. Svintsovun sözlərinə görə, Buryatiya və Voloqod vilayətində artıq spirtli içkilərin satışını məhdudlaşdırmağa başlayıblar.
Dövlət Dumasının deputatının fikrincə, bircə günü belə yaxınlarınızla və ya bütün ailə ilə spirtli içkisiz keçirmək doğum səviyyəsini artıracaq, insanlar arasında alkoqolizmlə mübarizə aparmağa kömək edəcək.