Deputat şəhid anasına başsağlığı yox, ətir, şampun göndərdi – Foto

0
592

Şəhid ailəsinə deputatın göndərdiyi “sovqat” hamının təəccübünə, şəhid ailəsinin isə qəzəbinə səbəb olub.

Şəhid Aqil Niyaz Oğlu Məlikovun yaxınları biliriblər ki, deputatın göndərdiyi sovqat onlar üçün təhqirdir.

“Dayım Azərbaycan Silahlı Qüvvələrinin Kapitanı şəhid Aqil Niyaz Oğlu Məlikov, Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə ermənilərin açdığı artileriya atəşi nəticəsində Qaraxanbəyli kəndində şəhid olmuşdur.

Deputatın Şəhid Aqil Məlikovun ailəsinə göndərdiyi "sovqat"

Şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı olan, Rafailov Anatoliy Xaimoviçin şəhid ailəsinə göndərdiyi “anlamlı” üzrxaqlıq sovqatı bizi çox məyus edib. Bu tək bizə yox Qubada 40-dan çox ailəyə göndərilib. Bu sovqatda duş geli, tester ətirlər, antibakterial gel, tester şampunlardır. İçərisində düyü və makaronda var idi. Bu şəhid ailəsinə olan hörmətsizlikdir. Şəhid anasına deputat nə adla ətir göndərib? Hətta mən bunu ictimailəşdirəndə çox şəhid ailəsi mənə yazdı ki, sizdə hələ yaxşıdır. Bizə kapron corablar göndəriblər. Biz həmin “sovqatı” bələdiyyə işçiləri ilə geri göndərdik. Lakin deputatın köməkçisi yenidən gəlib və bildirib ki, xahiş edirik götürün bu şəhid sovqatını, biz özümüzü yaxşı hiss etmərik siz götürməsəniz”,- deyə bildirib.