Ölkəmizdə uzun illərdir fəaliyyət göstərən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun həyata keçirilən diaspor fəaliyyəti milli ideologiyamıza sıx bağlılıqla təbliğ edilir, diaspor təşkilatlarının əhatə dairələrinin genişləndirilməsinə qayğı ilə yanaşılır və beləliklə də, ölkəmizin beynəlxalq imicinin yaxşılaşmasına, soydaşlar arasında mədəni bağların daha da möhkəmlənməsinə, qürbətdə yaşayan həmvətənlərimizin Vətən üçün həmişə qiymətli olmasına sağlam milli-mənəvi təminat yaradılır. Yaxın və uzaq xaricdə yaşayan soydaşlarımız DAMM-nin birinci vitse–prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovla bərabər vahid ideologiya və milli-mənəvi dəyərlərin ətrafında birləşərək, onların malik olduğu güclü potensialın milli problemlərin həllinə yönəldilməsinə xidmət edir.
Azərbaycan tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. Hər bir tarixi gün keçilən yolun təhlilini daim bir zərurətə çevirir. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İsveçrə təmsilçiliyinin rəhbəri Hakan Sari və 14 nəfər DAMM üzvü olan xarici vətəndaşlar zəfər qələbəsi münasibəti ilə 21.11.2020 ci il tarixdə öz sevincini Azərbaycan xalqı ilə bölüşmək üçün Azərbaycana 1 günlük səfər edəcəklər.Səfər zamanı Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev və vətən uğrunda canından keçən şəhidlərin məzari ziyarət ediləcək.Daha sonra pandemiya qaydalarına riayət etməklə DAMM akt zalında yığıncaq təşkil ediləcək. Söz yox ki, növbəti möhtəşəmliyə imza atacaq həmin tədbir dünya azərbaycanlıların haqq səsini bəşəriyyətə çatdırmaq üçün maksimum imkanlarından yararlanacaqdır.