Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi

0
381

Bolqarıstan Parlamenti koronavirusa qarşı tədbirlər çərçivəsində aprelin 13-nə qədər ölkə boyu fövqəladə vəziyyət elan edib.

Son məlumatlara görə, ölkədə 23 yoluxma halı qeydə alınıb. Onların arasında dörd, yeddi və on yaşlarında üç uşaq da var. Hazırda onlar paytaxt Sofiya şəhərində bir klinikada müalicə alırlar.

Yoluxma halı ölkə paytaxtından əlavə Plevne və Qabrovo şəhərlərində də qeydə alınıb.

Bundan başqa koronavirus diaqnozu qoyulan 66 yaşlı bir qadın da həyatını itirib. Onun 74 yaşlı əri isə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, bundan əvvəl  İtaliyada, Macarıstanda və Slovakiyada, həmçinin ABŞ-ın paytaxtı Vaşinqtonda fövqəladə vəziyyət elan edilib.