Daha bir həkim koronavirusdan öldü

0
845

Koronavirus daha bir həkimin həyatına son qoyub.Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayeva koronavirusdan vəfat edib.

Vəziyyəti ağır olan həkim keçən ayın sonu Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi. Onun 3-cü qrup qana ehtiyacı olduğu haqqında həmkarları sosial şəbəkələr vasitəsilə çağırış etmişdilər.

Həkimlərin səylərinə baxmayaraq, Mətanət Atayevanın həyatını xilas etmək mümkün olmayıb.