Daha 5 ölkənin “Avroviziya” təmsilçisi bəlli oldu – Fotolar

0
13

“Avroviziya 2025” mahnı müsabiqəsində Finlandiya, İrlandiya, Ukrayna, Malta və Latviyanı təmsil edəcək şəxslərin kimliyi bəlli olub.

Yarışmada Finlandiyanı Erika Vikman, Ukraynanı “Ziferblat” qrupu, Maltanı Mirana Konte, Latviyanı isə “Tautumeitas” qrupu, İrlandiyanı isə EMMY təmsil edəcək.

Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan təmsilçisi “Mamagama” qrupu olacaq. İştirakçılarımız birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. (Axşam.az)