Dərman firmaları xəstəxanalara necə yol tapır? – VİDEO

0
369

Sosial şəbəkələrdə yayılan bəzi görüntülərə əsasən, dərman firmalarının əməkdaşları qadağan olsa da, Abşeron Rayon Mərkəzi Xəstəxanasına rahatlıqla daxil olaraq həkimlərlə ünsiyyətdə ola bilirlər. 

Baku TV-nin əməkdaşı özünü dərman firmasının əməkdaşı kimi təqdim edərək məsələni araşdırıb. Məlum olub ki, bəzi hallarda firma əməkdaşları özünü xəstə kimi təqdim edib, həkim qəbuluna daxil ola bilirlər. 

Həkim Adil Qeybulla bildirir ki, ölkəyə daxil olan dərman vasitələrinin həkimlərə çatdırılması və tanıdılması üçün müəyyən mexanizm olmalıdır. Ölkəmizdə bu sistem yoxdur deyə belə xoşagəlməz hallar yaşanır. Bu cür neqativ halların qarşısını almaq üçün isə icbari tibbi sığorta mexanizmi tam işə düşməlidir. 

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, qanunda dərman firmalarının əməkdaşlarının tibb müəssisələrinə daxil olmasını qadağan edən bənd yoxdur. Onlar isə əsasən xəstə qismində tibb müəssisəsinə daxil olur. 

Qeyd olunub ki, dərman firmalarının əməkdaşları ilə kommersiya məqsədləri üçün sövdələşmə sübuta yetirildiyi təqdirdə belə hüquqpozmalara fərdi qaydada qiymət verilir və buna görə tibb müəssisəsi məsuliyyət daşımır. Belə hallarla rastlaşan vətəndaşlar isə özləri həmin həkimdən şikayət edə bilərlər.

Ətraflı süjeti təqdim edirik: