COVID-19-dan sağaldıqdan sonra səhhəti daha sürətli bərpa etməyin yolları açıqlandı

0
367

Koronaivrsudan sağalandan sonra əsas məsələ ciyərlərin vəziyyətidir. Tam sağalmaq və viruslu xəstəliklərin (xüsusilə də koronavirus) hücumlarına qarşı həssas olmamaq üçün ayağa qalxmalı, ağciyərin gücünü bərpa etməliyik.

Bu barədə enerji terapevti, reabilitoloq, psixoloq Dmitri Sandul COVID-19-dan sağalandan sonra daha sürətli bərpa yollarını açıqlayarkən bildirib.

O, nəfəs almağı aktivləşdirən fiziki məşqlər etməyi məsləhət görüb.

Sandul yoqa və siqunun bədənin bərpasını sürətləndirməyə kömək edəcəyini əlavə edib.

“Yoqa – ağciyər sistemimizin bərpasına və onun viral mühitdən təmizlənməsinə faydalı təsir göstərəcək… Eyni şəkildə Çin sağlamlıq sistemi olan siqun da ən qısa müddətdə özümüzə gəlməyimizə kömək edəcək”, – deyə o, bildirib.

Mütəxəssis bundan başqa üzün bioloji cəhətdən aktiv nöqtələrinin masajını tövsiyə edib. Onun sözlərinə görə, bu, qoxu hissinin bərpasına kömək edəcək.

Bundan əlavə, reabilitasiya dövründə hamam və sauna, üzgüçülük kömək edə bilər.