Çinli şagird Bakını necə fəth etdi?

0
478

Beynəlxalq İnformatika Olimpiadasında çinlilərin nəticələri bizi heyran etdi. Bu cür yüksək nəticəyə səbəb Çin təhsil sistemidir. Çünki Çin məktəbləri savadlı və xoşbəxt insan yetişdirir.

Bu sözləri  təhsil eksperti Etibar Əliyev dünən yekunlaşan Beynəlxalq İnformatika Olimpiadasının nəticələri və onun çinli qalibləri ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, Çinin orta təhsil sistemi bütün dünyaya örnək ola biləcək bir sistemdir:
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi “Şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir.
Çin Xalq Respublikasının 5 universiteti dünyanın 100 aparıcı ali məktəbinin sırasına daxil olub. Çin hökuməti qarşıya məqsəd qoyub ki, onların sayını 10-a çatdırsın.
Çində məktəblərə kənar şəxslərin daxil olması qadağandır. Valideynlər yalnız yığıncaqlar və “Açıq qapı” günlərində məktəbə gələ bilərlər. Bu günlərdə istənilən şəxs dərslərin necə keçirilməsini müşahidə edə bilər. Yerdə qalan gündəlik suallarla bağlı valideynlər müəllimlərlə telefon, yaxud internetlə əlaqə saxlayırlar”.
E.Əliyev bildirib ki, Çində məktəblilərin dərs yükü yüksəkdir. Bu, Çin məktəblərinin əsas xarakterik xüsusiyyətlərindən biridir:
“Böyük şəhərlərdə ibtidai təhsil də daxil olmaqla həftəlik dərs yükü 42, kənd yerlərində yuxarı siniflərdə 70 saatdır. Bu, müəllimlərin proqramlar üzrə məcburi dərs saatlarıdır. Bununla yanaşı valideynlərin seçdiyi fakültativ dərslər var ki, bunlar ödənişli həyata keçirilir. Bütün ölkə üzrə dərslər 7:30-da başlayır. Dərsə gecikmə yaxşı hal sayılmır və tədris ilində şagirdin ümumi balına təsir edir.
Şagirdlərə bütün tədris materialları çap olunmuş formatda, pulsuz verilir. Məktəblər kompüterlə təchiz olunub, lakin ev tapşırıqlarının yerinə yetirilməsində adi dərsliklər və digər vəsaitlərdən istifadə olunur. 2014-cü ildə ev tapşırıqlarının ləğv olunması haqqında qərar qəbul olunub. Uşaqlar məktəblərdə həddindən artıq çox yazırlar. Xüsusilə kalliqrafiya dərslərində. Proqram üzrə Çin dili gündə 2 saat tədris olunur”.
Çin məktəblilərinin tətil günlərindən danışan ekspert bildirib ki, onlar ildə 2 dəfə dincəlirlər: