“Avrovizya 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev faciənin 30 illiyi ilə bağlı özünəməxsus yeni kompozisiyasını təqdim edib.
“Bu gün 20 yanvar faciəsindən 30 il keçir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub. Onların ruhunu hörmət və ehtiramla yad edirəm. Mən öz hisslərimi, duyğularımı bu ifamla izah etmək istədim. Allah rəhmət eləsin!
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub”, – deyə Çingiz Mustafayev paylaşımına şərh yazıb.
Müğənninin hazırladığı kompozisiya qısa zaman ərzində izləyicilər tərəfindən bəyənilib.
Sevinc Yasinqızı