Çingiz Abdullayevin məqaləsi nüfuzlu İtaliya qəzetində

0
580
Person's Hand Typing On Laptop Over Wooden Desk

Professor Çingiz Abdullayevin məqaləsi İtaliyanın nüfuzlu “Faro di Roma” onlayn qəzetində dərc olunub.

Məqalənin dərci ilə bağlı təşəbbüs Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən gəlib.

Məqalə “Prego Dio per la salvezza dal coronavirus che ha colpito l’Italia”. I ricordi dello scrittore azero Chinghiz Abdullayev e la sua vicinanza all’Italia” sərlövhəsi ilə yayımlanıb.

Çingiz Abdullayevin sözügedən məqaləsini Azərbaycan dilində təqdim edirik:

“1991-ci ildə İtaliyaya üçüncü səfərim idi. Breşia vilayətinin Gavardo şəhərində keçirilən “Xoro La Faita” qrupunun 25 illik yubileyinə mən də dəvətli idim.​

Bu qrup Bakıda “Xarı Bülbül” Festivalının iştirakçısı olmuşdu.

Almaniyanın Düsseldorf şəhərindən Moskvaya, oradan da təyyarə ilə Milana uçdum. Dostlar bizi qarşılayaraq, Gavardo şəhərindəki “Hotel Corona”da yerləşdirdilər.​

Xatirimdədir, yubiley ərəfəsində dostlar qonaqları Gavardo ətrafında təbiət mənzərələri ilə tanış edir, kafelərdə italyan yeməklərinə qonaq edirdilər. Məni müşayiət edən xorun üzvlərindən birinin oğlunun adı Luka idi. Çox mehriban və istiqanlı əsl italyan ailəsi ilə rastlaşmışdım. Bu ərəfədə xor üzvləri hər gün axşam bizi növbə ilə evlərinə qonaq çağırar, özəl şərablarını qədəhlərə süzərdilər.

Beləcə, günlər maraqla keçir, mən isə sanki, hər yerdə olduğu kimi, Azərbaycanla bağlılıq axtarırdım. Bu arada, yaxınlıqdakı ticarət mərkəzində yerləşən xalça mağazasına daxil olub, xalçaları seyr etmək qərarına gəldim. “Azərbaycan Carpet” yazısını görəndə ürəyim dağa döndü. Sanki doğma bir guşədə özümü hiss etdim.​

Ertəsi gün xor üzvü, “Bresia” qəzetinin jurnalisti Marsello Zanne “İl Çiarno” mətbuat orqanının nümayəndəsi, məşhur jurnalist Luici Vismara ilə görüşümü təşkil etdi.

Əlbəttə, müxtəlif sahələri əhatə edən söhbətimiz Qarabağ mövzusu ətrafında müzakirə ilə yekunlaşdı.​

Axşam isə möhtəşəm konsertlə davam edən bayram şənliyi şəhər sakinləri və qonaqlar üçün yubiley hədiyyəsi idi.​

Xorun rəhbəri Valerio Bertoletti və xanımının təşəbbüsü ilə bizi Milan yaxınlığındakı “San Siro” geyim fabrikinə dəvət etdilər. Orada mənə iki pencək və cins şalvar hədiyyə etdilər.​

Açıq qırmızı rəngli pencəyi 15 ildən çox geyindim.

Ertəsi gün bizi Venesiyaya – azad quşların meydanına və məşhur Venesiya şüşələri düzəldilən adaya gəzintiyə apardılar.

Həftə ərzində italyanların isti münasibəti, qonaqpərvərlikləri, adlarını çəkmədiyim dostlarımın mehriban münasibətləri məni heyran etmişdi.​

Zaman keçdi. İtaliya ilə bağlı bir başqa heyranlığım Pozitano şəhərindən olan professor Romolo Ercolinonun xanımı ilə tanışlıqdan sonra daha da dərinləşdi.

2005-ci ildə Bakıya yazıçı Məhəmməd Əsəd bəyin 100 illik yubileyi keçirildi.

Onun göz yaşları ilə danışdığı xatirələr yubiley iştirakçılarını mat qoymuşdu. Beş-altı yaşında olanda evlərində gizlənən bakılı yazıçının acı taleyinin daim onun xatirində olduğunu gördük.​

Müharibə zamanı atasının komendant olduğu şəhərdə evlərində bakılı yazıçını gizlətmələri humanizm keyfiyyəti ilə ölçülən dəyərdir.​

Məhəmməd Əsəd Bəyin 1942-ci ildə vəfatından illər sonra, Pozitanoda​ “Əli və Nino” romanına görə dünyada məşhur simaya çevrilməsi acı taleyinin nəticəsi və professor Romolo Ercolinonun​ qisməti imiş.​

Sonralar professor Romolo Ercolino mənə ünvanladığı məktublarda və yazdığı “ESSAD BEY scrittore​ Azerbaigiano a Positano”​ kitabında öz xatirələrini ictimaiyyətə çatdıraraq, xeyirxahlıq nümunəsi ortaya qoymuş oldu. ​

2016-cı ildə Roma Papası Fransiskə Bakıya səfərindən sonra ünvanladığım məktubda “Sizin növbəti​ sülh​ çağırışınız​ sərhəd və sədlərin aradan qaldırılmasına, xalqların isə azad, dost və qonşuluq şəraitində yaşamasına xidmət edərsə”​ çağırışım sanki bu günü duyaraq, həssas dövrdə sağlam həyata səslənən bir​ ricam idi.​

Çox qəribə də olsa, bu günlərdə – məqaləni yazdığım ərəfədə yubileylə əlaqədar mənə hədiyyə olunan italyan rəssamın əsəri evimizin yaraşığına çevrildi.​

İstər Palermodan Romaya 1989-cu ildə qatarla gələndə yer verdiyim italyan ailəsi, istər 2013-cü ildə ailəmlə birlikdə Vatikana səfərimdə gördüklərim, istər Gavardo şəhərindəki dostlar, istərsə də professor Romolo Ercolino, eləcə də, Pozitano və Napoli sakinləri, istər 2015-ci ildə italyan dilində yazdığım​ “Asad Bey in İtaly” kitabımın ön söz yazarı Luici Skrinzinin, məni Marco Poloya bənzədən rəyçi Allesandro Casotto, “Xoro La Faita”nın üzvü Antoni Bordinin, nəşriyyatçı Sandro Teti və xanımının​ bəşəriyyətin tarixi və mədəniyyət beşiyi olan İtaliya üzərindəki “Corono Virus” hücumundan sağ qalmalarını Ulu Tanrıdan arzulayıram.​

Dost həyəcanı ilə

Professor Çingiz Abdullayev”.