Çinin Sian şəhərində (Şensi əyaləti) balaca qız oyuncağın fiti ilə oynayarkən gözlənilmədən onu udub.
Söz yerinə fit səsi çıxaran uşağı görən valideynləri onu dərhal xəstəxanaya aparıblar.
Həkim qızdan nəfəs almağı xahiş etdikdə uşaq əlacsız şəkildə fit səsi çıxarmağa məcbur olub
Qeyd etmək lazımdır ki, plastik fit onun traxeyasına gedib.
Həkimlər cərrahi müdaxilə edərək doqquz saat ərzində fitin bir hissəsini uşağın ağ ciyərlərindən çıxarda biliblər.