Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 bal gücündə zəlzələ olub.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
***
Tibetdə zəlzələ nəticəsində azı 9 nəfər ölüb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, 7,1 bal gücündə zəlzələnin episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Bu barədə Çin mediası məlumat yayıb.
***
Tibetdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.
***
Çinin Tibet bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 95 nəfərə çatıb.
Bu barədə Çinin dövlət mediası məlumat yayıb.
Zəlzələ nəticəsində 130 nəfər xəsarət alıb.