Çinin Mədəniyyət və Turizm Nazirliyi irqçi əhval-ruhiyyənin artması səbəbiylə vətəndaşlarına Avstraliyaya getməməyi tövsiyə edib.
Nazirlikdən Avstraliya ərazində pandemiya ilə əlaqədar, çinlilərə və asiyalılara qarşı zorakılıq hallarında artım olduğu bildirilib. Pekin və Kamberra arasında gərginliyin artdığı qeyd edilir.
Avstraliya hökuməti COVID-19-un mənşəyi və epidemiya ilə əlaqədar beynəlxalq araşdırma aparmağa çağırılıb. Ölkənin Baş naziri Skott Morrison qeyd edib ki, virusun Çindən qaynaqlandığına şübhənin olmamasına rəğmən, beynəlxalq ictimaiyyət onun əsl yarandığı yer ilə bağlı məsələnin aydınlaşdırılmasına ehtiyac duyur.