Çin nümayəndəsi: “Təmiz enerji ilə təhcizatı 60 faizə çatdırmağı hədəfləyirik”

0
22

“İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən mexanizmlər nəticəsində ölkəmizdə bir sıra dövlət proqramları irəli sürülüb”

Bu sözləri Çinin Enerji Fodunun nümayəndəsi Jing Hu bildirib: “Çin bu regionda həyata keçirilən tədbirlər nəticəsində 2030-cu ilədək ölkənin ekoloji cəhətdən təmiz enerji ilə təhcizat səviyyəsini 60 faizə çatdırmağı hədəfləyir. “Yaşıl Enerji”yə keçid prosesi tək bizim ölkənin deyil, bütövlükdə regionun əhalisinin və təbiətin qorunmasına xidmət edəcək”.

BMT-nin İqlim Dəyişmələri üzrə layihə rəhbərlərindən Yuanfeng Vu bildirib ki, iqlim dəyişikliyinə qarşı görüləcək tədbirlər məhz yaşıllaşdırma və yaşıl iqtisadiyyata üstünlük verilməsindən başlamalıdır:

“Biz müxtəlif sahələrdə karbon kommunikasiyalarının həyata keçirilməsinə çalışırıq”.