ÇİN ELAN ETDİ: “Ukrayna münaqişəsinin yeni mərhələsi başlayır”

0
224

“Ukraynadakı münaqişə Rusiya ilə sülh danışıqlarının başlanması üçün imkanların açıldığı yeni mərhələyə keçir”.

Bu barədə Çinin “Global Times” (GT) nəşrinin müəllifləri bildiriblər.

Onlar hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni əks-hücum əməliyyatı mümkün deyil, çünki bu, böyük maliyyə resursları və xərclər tələb edir: “Bu, sülh danışıqlarının bərpası üçün pəncərə açacaq”.

“Ukrayna münaqişəsi təxminən 22 ay davam edən hərbi əməliyyatlardan sonra nəhayət ki, sona çatma əlamətlərini göstərir”, – nəşr yazır.

Müəlliflər həmçinin əmindirlər ki, Kiyev Vaşinqtonun köməyinin olmaması səbəbindən danışıqlara sövq edəcək.