Çin dünyanın ən böyük bəndini tikir – 137 milyardlıq layihə

0
13

Çinin Tibet Muxtar Vilayətində dünyanın ən böyük hidroelektrik layihəsini inşa edəcəyi açıqlanıb.

Çinin Himalay dağlarının şərqində, Tibet yaylasında qurmağı planlaşdırdığı bəndin tikintisinə icazə verilib.

Anbarın ildə təxminən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bildirilib ki, bu, dünyanın ən böyük su elektrik stansiyası olan və ildə 88,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edə bilən Hubey əyalətindəki bəndin gücündən üç dəfə çox olacaq.

Tikintisinin 137 milyard dollara başa gələcəyi təxmin edilən bəndin dünyanın indiyədək ən bahalı infrastruktur layihəsi olacağı gözlənilir.