Çin bu ölkələrə də birtərəfli viza azadlığı verir

0
20

Çin daha 9 ölkəni birtərəfli vizadan azad etmə proqramına daxil edəcəyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jianın açıqlamasına görə, Bolqarıstan, Rumıniya, Malta, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Estoniya, Latviya və Yaponiyadan olan adi pasport sahibləri 30 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında Çinə vizasız gedə bilərlər.

Lin qeyd edib ki, vizasız qalma müddəti də 15 gündən 30 günə qədər uzadılacaq:

“Çinin viza azadlığı tətbiq etdiyi 9 ölkə də daxil olmaqla 38 ölkədən adi pasport sahiblərinin mübadilə proqramı çərçivəsində iş, turizm və ailə səfərləri həyata keçiriləcək”.