Çimərlik mövsümü başlayır: Nazirliklər HƏRƏKƏTƏ KEÇDİLƏR

0
283

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.

çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib.

Qeyd edək ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlər aparılır.

Monitorinqlər Xəzərin Bakı, Abşeron rayonunun cənub və şimal hissələrində yerləşən çimərliklərində həyata keçirilir. Məqsəd Xəzər dənizində olan antropogen təsirlərin müəyyən edilməsi, eyni zamanda, çimərlik ərazilərindəki dəniz suyunun çirklənmə səviyyəsinin təyin olunmasıdır.