
Bu ilin 22 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İsveç Krallığının Xarici İşlər naziri Ann Linde arasında videokonfrans formatında görüş baş tutub.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə, habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb