Canım dediklərimiz bunu haqq edirmi?

0
1728

Nə olursa-olsun bunu haqq edən ata, ana, uşaqlar və nəticələrdir. Can dediyimiz başqa yaxın insanlar nə olursa-olsun onları əvəz edə bilməz. Ancaq həyat xoşbəxtliyində rolları ola bilər. Əks təsirlər çox nadir hallarda olur və bu nadir halların vurduğu zərbə çox ağır olur.
Bu insanın öz doğmalarından aldığı zərbə ilə müqayisə edilə bilməz. Ancaq bütün qəlbimizlə bağlandığımız insanlar da, doğmalar da həyatımızın hər bir anında xüsusi rol oynayır. Ən böyük acını da, ən böyük sevinci də bu insanlardan alırıq.
Canım dediklərimizin bir çoxundan aldığımızın acısı bir ömür boyu bizi tərk etmir. Kiməsə can demədən öncə onu dərindən tanımanız lazım. Bu həyatda ən çətin iş olsa da, bacarığımızı əsirgəməməliyik. Bunu doğmalarla bir tutmaq mümkün deyil. Halbuki, bizə uyğun gəlməyən insanlar doğmalar da ola bilər.
Canlarımızın çox olması bütün insanların ən böyük arzusudur.
Onu da təəssüflə deməliyik ki, dərdini, fikirlərini, heç bir kəslə bölüşə bilməyən insanlar da var. Və onlardan bir çoxunun canım dediyi insanlar da var. Bu insanlar çox vaxt canım sözünü haqq etmirlər. Mənim fikrimcə, eyni xarakterli insanların bir-birinə can deməsi mümkün olur. Doğmaların arasında belə bir-birinə can deməyənlər var. Ailə üzvləri arasında isə belə münasibət nadir hallarda təsadüf edir. El arasında isə can demək xüsusi məsuliyyət tələb edir. Canım dediklərimiz buna haqq etməlidirlər. Əgər kimsə heç kimə deyil, təkcə Sizə can deyirsə, bu da onu şübhə altında saxlayır.
Şükürlər olsun ki, bu həyat gözəl, düzgün fikirli, alicənab, xoşxasiyyət insanların çox olması hesabına hələ məhv olmaq təhlükəsi altında deyil. Buna inancımız da canım dediklərimizin çox olması hesabına yaşayır. Hər canım deyənə də inanmamalıyıq. Onun bunu haqq etməsini öyrənmək məcburiyyətindəyik. İnancımız əlimizdən alınmasın, inşallah.
Sənubər