Cənubi Koreya İranın borcunu ödəyib

0
365

Cənubi Koreya hökuməti İranın BMT-yə üzvlük haqqı ilə bağlı yaranan borcunu ödəyib. Bu barədə məlumat Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon ABŞ dolları məbləğində BMT-yə üzvlük haqqının ödənilməsini başa çatdırıb.

Qeyd olunur ki, ödəniş İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına həyata keçirilib.