Cənnətdəki doğum günün mübarək olsun şəhidim

0
481

Qırx dörd günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də rayonun Böyük Pirelli kəndində olan şəhid İsmayıl Yaşar oglu Qurbanov.

Bu gün şəhidin anım günü keçirildi. Tədbirdə şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Qəbələ TV, DAMM- SİM, şəhid ailələri, qazilər , məktəblilər, imamlar, rayon ictimaiyyəti İsmayıl Qurbanovun məzarını ziyarət edib, ruhuna dualar oxunmuş , məzarına gül dəstələri qoyulmuş,xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən,İsmayılın keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir. Allah rəhmət eləsin Şəhidlərimizə

Qəbələ rayon Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri

Təranə Alməmmədova.