Buraxılış və qəbul imtahanları təxirə salınacaq

0
626

“Buraxılış və qəbul imtahanları ilə bağlı məsələ müzakirə olunub”.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

“Ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə buraxılış və qəbul imtahanları təxirə salınacaq. Yalnız Naxçıvan Muxtar Respublikası ərazisində, ola bilsin ki, bu imtahanlar keçirilsin”, – o bildirib.