Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində Azərbaycana dərman vasitələri (2025-ci il üzrə) gətiriləcək.
Bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat yerləşdirilib.
Məlumata görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs hazırlıqlara başlayıb.
Qurum sözügedən dərman vasitələrinin satın alınmasının 16,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.