Bu xərclərin artması maşın bazarında qiymətlərə təsir edəcək? – VİDEO

0
217

Qırmızı dənizdən daşımaların azalması konteyner qiymətlərinin artmasına səbəb olub.

Asiyadan Şimali Avropaya gedən 40 metrlik yük konteynerinin spot qiyməti 173 faiz artımla 4 min dolları keçib.

Qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə Husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. Asiyadan Aralıq dənizinə yüklərin daşınması xərcləri isə 5 min 175 dollara qədər yüksəlib.

Logistika xərclərinin artması ölkəmizdə avtomobil bazarına təsir edə bilərmi?

Ekspertlər mövcud vəziyyət barədə proqnozlar veriblər.

Daha ətraflı videomaterialı təqdim edirik: