Bu tarixdən stadionların tam dolmasına icazə veriləcək

0
262

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq ümumi məsləhətləşmələrdən sonra 30 mart 1 aprel-də keçiriləcək.

Bunu PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov deyib.

O bildirib ki, Azərbaycan I Divizionunun və 2-3 aprel tarixlərində baş tutacaq Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə veriləcək:

“Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.”- E.Abbasov deyib.