Bu saatın köməyilə valideynlər övladlarının harada olduğunu görə biləcək – MARAQLI

0
751
Çinin Quangzhou şəhərindəki məktəblərdə şagirdlərə paylanan ağıllı saatlar ilə valideynlər övladlarının harada olduğunu görə bilir, uşaqlar da tək düymə ilə ailələri ilə əlaqə qururlar.
Çin hökuməti tərəfindən 2016-cı ildə başlanılan Ağıllı Şəhərciklər” layihəsi çərçivəsində ölkənin peyk naviqasiya sistemi “Beidou” ilə inteqrasiyalı çipi olan saatlar şəhərdəki 60 məktəbdəki 17 min tələbəyə paylanıb.
Bir çox məktəbin şagirdlərin mobil telefon gətirməsini qadağan etdiyi Çində bu üsulun uğurlu olacağı güman edilir. Layihə ilə şagirdlərin həm dərslərdə diqqətinin dağılmaması, həm də valideynlərin uşaqları üçün narahat olmamaları məqsədi güdülür.
Saatın üzərində tək bir düymə var və bu düymə uşaqların fövqəladə hallarda ailələri ilə əlaqə yaratmasını təmin edir. Saatı istifadə edən ibtidai sinif şagirdi Çen Şin “Saatı taxanda anam və atam evdə olsalar belə, mənim harada olduğumu görə bilirlər. Onlara istədiyim vaxt zəng edirəm və mesaj göndərirəm” deyib.
Saatı inkişaf etdirən mühəndislərdən Zhu Yanjun cihaza su siqnalı da əlavə etdiklərini bildirərək “Saat suya girdikdə ailələr xəbərdar olacaq, beləliklə, göl və çaylardakı boğulma halları azalacaq” deyib.
Qeyd edək ki, 15 milyon əhalisi olan şəhərdə 13 min saatın paylanması planlaşdırılır.