Bu şəhəri tərk edənlər hər uşağa görə 8 min dollar alacaq

0
241

Yaponiya hökuməti dünyanın ən böyük metropoluna onilliklər boyu davam edən iqtisadi miqrasiyanın qarşısını almağa çalışdığı üçün Tokiodan köçməyə qərar verən valideynlər üçün maddi stimulları artırmağı planlaşdırır.

Bu barədə rəsmilərə istinadən “Financial Times” məlumat yayıb.

Hökumət ailələrin izdihamlı Tokiodan şəhərdən kənar bələdiyyələrə və ətraf prefekturalara köçdükləri təqdirdə, hər uşağa 1 milyon yen (7,600 dollar) ödəməklə, köçməyə təşviq etməyə çalışacaq. Bu rəqəm 2019-cu ildən bəri mövcud olan cari sxem üzrə təklif olunan 300.000 yendən üç dəfə çoxdur.

Uşaq müavinətlərinin artırılması hökumətin gənc ailələri Tokionu tərk etməyə təşviq etmək proqramının yalnız bir hissəsidir. Köçürən ailələrə artıq 3 milyon yenə qədər birdəfəlik maliyyə dəstəyi təklif olunur və onlar biznesə başlasalar, daha çoxunu ala bilərlər.

Bu ödənişləri qəbul edənlər ən azı beş il əyalətdə yaşamalıdırlar. Yaponiya əhalisinin azalması və qocalması, gənclərin paytaxta miqrasiyası Tokio, Osaka və bir sıra digər böyük şəhərlərdən kənarda yerləşən regionlara qeyri-mütənasib şəkildə təsir göstərib.

Bir çox kəndlər boşalıb. Əyalətdəki müəssisələr işçi qüvvəsi çatışmazlığı yaşayır. Yaponiyada boş evlərin sayının 2023-cü ildə təxminən 10 milyona çatacağı gözlənilir