Bu qidalar dərinin qırışmasına yol açır

0
410

Göz ətrafındakı dəri son dərəcə incədir və elastikliyi zəifdir. Bundan başqa, bu hissəni gərgin saxlayan yalnız bir əzələ var. Odur ki, göz ətrafı asanlıqla qırışır. Gözaltı şişkinliyin əsas səbəblərindən biri yuxusuzluq olsa da, qidalanmanın da burada payı az deyil.

Gözətrafı dəriyə həm mənfi, həm də müsbət təsir edən qidaların siyahısını təqdim edirik.

Konservləşdirilmiş noxud və lobya

Konserve nohut ve fasulye

Noxud və qara lobya kimi konservlər içərisinə çox natrium daxil olduğundan sağlamlığımız üçün zərərlidir. Bu, bir çox sağlamlıq probleminə yol aça və gözətrafının şişməsinə səbəb ola bilər. Bu səbəblə onları bişirməzdən əvvəl natriumun çıxması üçün yaxşıca yaxalayın və ya suda saxlayın.

Pomidor

Domates

Pomidor solanin ehtiva edən bitki qrupuna aiddir. Solanin iltihablanma və şişkinliyə səbəb olur. Bu baxımdan rasiona həddən artıq pomidor daxil etməyin.

Qlüten dözümsüzlüyü

Gluten intoleransı

Buğda, arpa və ya çovdar allergiya və ya qluten dözümsüzlü varsa, bunlardan hazırlanan hər hansı biri məhsulu yemək şişkinlik yaradır.

Laktoza dözümsüzlüyü

Laktoz intoleransı

Laktoza dözümsüzlüyü xüsusən yeniyetmələrdə və dünya əhalisinin təxminən 65 faizində rast gəlinir. Lazımsız şişkinliyin olmasına səbəb olan süd və süd məhsullarından uzaq durun. Buraya dondurma da daxildir!

Rafinə edilmiş şəkər

Rafine şeker

Şəkər ağla gələn ən enflamatuar (iltihablanma) qidalardan biridir. Bədənin hər yerində iltihablanmaya səbəb olur, xüsusilə bu hal gözlərin ətrafında daha aydın şəkildə özünü göstərir. Çünki dəri incədir və şişməyə meyillidir. Süni şəkər və ya qatqılar gözətrafı üçün dəri üçün təhlükəlidir.

Qırmızı istiot

Kırmızı biber

Pomidorlar kimi, qırmızı bibərlər də eyni kateqoriyaya daxildir. Pomidordan tək fərqi odur ki, tərkibinə toxumaların yanmasına və iltihablanmalarına səbəb ola biləcək kapsaisin adlı birləşmə daxildir. Və bu iltihab gözlərinizin ətrafında asanlıqla yarana bilər.

Gözətrafı üçün faydalı qidalar

Cəfəri

Maydanoz

Cəfəri böyrəklərdə yaranan bədəndəki artıq mayeni atır. Səhərlər gözətarfında şişkinlik və qara halqalar yaranırsa, müntəzəm olaraq cəfəri yeməyə laqeydlik etməyin.

Yulaf püresi

Yulaf lapası

Gözaltı torba və şişkinliyi azaltmaq üçün səhər yeməyində yulaf püreyə üstünlük verin. Yulaf lif baxımından zəngindir və bağırsaq hərəkətlərini asanlaşdırır, beləliklə, şişi azaldır.

Avokado

Avokado

Avokado gözlərə daha çox maska kimi daha effektlidir. Onu dilimləyib gözünüzün üstünə yerləşdirin. Təxminən 10 dəqiqə qədər saxlayın. Tünd halqalar K vitamini çatışmazlığından qaynaqlanır, avokado isə bu məsələdə zəngindir.

Soyuq xiyar

Related image

Soyudulmuş xiyar dilimlərini gözünüzə qoyub 10-15 dəqiqə saxlayın. Bu, yorğun gözləri canlandırmaq və işıqlandırmaq üçün effektli üsuldur.