Bu ölkədən Rusiya etirafı: müharibədə bir neçə gün…

0
37

Polşa prezidenti Andjey Duda ABŞ-ın köməyi olmadan Avropanın təhlükəsizliyini bərqərar edə bilməyəcəyini və mümkün müharibədə Avropadakı resursların cəmi bir neçə gün cəbhədə kifayət edəcəyini bildirib.

Bu barədə Andjey Duda Polşanın Milli Müstəqillik Günü çərçivəsində paytaxt Varşavada keçirilən mərasimdə çıxış zamanı danışıb.

Duda Avropanın öz təhlükəsizliyini təmin edə biləcəyi fikrini “boş xəyal” olaraq xarakterizə edib: “ABŞ-ın köməyi olmadan Avropa Rusiyanın imperiya ambisiyalarına qarşı öz təhlükəsizliyini təmin edə bilməz”.

O, Avropadakı resursların cəbhədə yalnız bir neçə gün döyüşmək üçün kifayət edəcəyini bildirərək, Rusiya-Ukrayna müharibəsində siyasətçilərin bu reallıqla qarşılaşdıqlarını qeyd edib.

Səhvlərdən nəticə çıxardıqlarını bildirən Duda, digər xalqların suverenliyinə hörmət etdiklərini və onlara da eyni şəkildə hörmət edilməsini istədiklərini vurğulayıb.