Bu ölkədə “McDonalds”ın fəaliyyəti dayandırıldı

0
358

Bu ölkədə “McDonalds”ın fəaliyyəti dayandırıldıPeruda “McDonalds” restoranlarının fəaliyyəti dayandırılıb.

Sözügedən ölkədə fəaliyyət göstərən “McDonalds” restoranlarının birində bədbəxt hadisə baş verib. Belə ki, restoranda işləyən iki gənc əməkdaş iş fəaliyyəti zamanı elektrik enerjisinin vurması nəticəsində dünyasını dəyişib.

Bu səbəbdən paytaxt Limada “Alexandra və Gabriyelə ədalət” şüarı ilə etirazlar başlayıb və ölkə üzrə “McDonalds”ın 29 filialı öz fəaliyyətlərini dayandırıb. Əsasən gənclərin üstünlük təşkil etdiyi aksiyada insanlar buradakı istismar xarakteri daşıyan əmək şərtlərinə və iş fəaliyyəti zamanı qeyri sağlam və təhlükəli halların baş verməsinə qarşı etiraz ediblər.